Kamikadze özünü avtomobildə partladıb
31 İyul 2011 Bazar 16:42
Əfqanıstanın Helmənd əyalətində terror aktı törədilib.
Əfqanıstanın Helmənd əyalətində polis idarəsi yaxınlığında partlayış törədilib. Kamikadzenin avtomobildə özünü partlatması nəticəsində 12 nəfər ölüb. Onların əksəriyyətinin polis olduğu bildirilir. 10-dan çox adam yaralanıb. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, Helmənd əyalətində təhlükəsizliyə nəzarət iki həftə əvvəl NATO qüvvələrindən yerli polisə təhvil verilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: