Kamikadze özü ilə birlikdə 38 nəfərin həyatına son qoydu
13 İyul 2013 Şənbə 14:10
Kərkükdə güclü terror hadisəsi baş verib.
İraqın Kərkük şəhərində daha bir terror baş verib. ANS PRESS-in dha.com.tr-yə istinadən verdiyi məlumata görə, şəhərin mərkəzindəki Klassiko kafesində kamikadze terrorçu özünü partladıb. İraq Beynəlxala Xəbər Agentliyi güclü partlayış nəticəsində 38 dinc sakinin öldüyünü, 35 nəfərin yaralandığını açıqlayıb.
Xatırladaq ki, Ramazan ayının başlaması ilə əlaqədar xüsusi mərasimlər təşkil edən Klassiko Kərkükün ən böyük iaşə mərkəzlərindən biri hesab olunur.
DOSTLARINLA PAYLAŞ: