Kamerunda döyüşçülər mart ayında əsir götürdükləri dörd neft sənayesi işçisini azadlığa buraxıb. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin rəsmi dairələrindən məlumat verilib.
Məlumatda bildirilir ki, azad olunanlardan üçü filippinli, biri isə ukraynalıdır.
Əsirlərin azadlığa buraxılması üçün müəyyən pul vəsaiti ödənilib. Lakin məbləğin miqdarı haqda məlumat verilmir. /ANS PRESS/