Kameron və Obama Rusiyaya daha bir ismarıc göndərib
07 Mart 2014 Cümə 01:10
Böyük Britaniyanın baş naziri: "İmkan verə bilmərik ki, Rusiya danışıqlar aparmadan istədiklərini həyat keçirsin"
Böyük Britaniya Ukraynanın yeni hökumətini dəstəkləyir. Avropa Birliyi Krımdakı son hadisələrdən sonra Rusiyaya qarşı bir sıra tədbirlər görməyə qərar verib. ANS PRESS-in məlumatına görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kameron bildirib.
“İmkan verə bilmərik ki, Rusiya danışıqlar aparmadan istədiklərini həyat keçirsin. Rəsmi Moskvanın qeyri qanuni hərəkətləri cavabsız qala bilməz”, deyə baş nazir bildirib.

D.Kameron həmçinin qeyd edib ki, Rusiya Ukrayna hökuməti ilə danışıqlara başlamasa, Avropa Birliyi daha kəskin addımlar atacaq.



Bu arada ABŞ prezidenti Barak Obama Rusiya və Ukraynanı Krımla bağlı birbaşa danışıqlar aparmağa çağırıb. Prezident Krım Muxtar Respublikanın referendum keçirmək qərarı ilə bağlı narazılığını bildirib və Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdiriləcəyini vəd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar