Kamçatkada vulkan püskürüb
11 İyun 2009 Cümə Axşamı 11:45
Vulkandan çıxan kül 8 km hündürlüyə qalxıb

 

Bu gün Kamçatkada fəaliyyətdə olan Şiveluç vulkanı püskürüb. “Ria Novosti” agentliyinin məlumatına görə, vulkandan çıxan kül 8 km hündürlüyə qalxıb. Son bir sutka ərzində vulkan püskürən rayon ərazisində 170 yerli xarakterli zəlzələ qeydə alınıb.

Qeyd edək ki, bir qədər əvvəl Kamçatkada 5 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar