Kamçatkada vulkan püskürdü
30 Noyabr 2012 Cümə 10:39
Yastı Tolbaçik vulkanından axan lava 2 obyekti məhv edib
Kamçatka yarımadasında güclü vulkan püskürməsi baş verib. "Yastı Tolbaçik" vulkanından axan lava yaxınlıqdakı "Leninqradskaya" elmi-tədqiqat stansiyasını və "Tolbaçinskaya" turist bazasını tamamilə məhv edib.
Xoşbəxtlikdən, lava püskürməsi zamanı həmin ərazilərdə insan olmayıb. Alimlər vulkanın püskürməsini lentə ala biliblər.
Qeyd edək ki, 36 il yatmış vulkanın püskürməsi bir neçə gün əvvəl başlayıb və eyni intensivliklə davam edir. Lava artıq bir neçə kvadrat kilometr sahəni örtüb. Yaxınlıqdakı yaşayış məntəqələrinin üzərini də yarım santimer qalınlığında kül qatı örtüb. Sakinlərə qapalı məkanları tərk etməmək tövsiyə olunub.
DOSTLARINLA PAYLAŞ: