Kamboca 20 uyğur türkünü Çinə deportasiya etdi
20 Dekabr 2009 Bazar 07:10
Kamboca 20 uyğur türkünü Çinə deportasiya etdi. Bu addım ABŞ və BMT-nin etirazı ilə qarşılanıb.
Kamboca 20 uyğur türkünü Çinə deportasiya edib. Uyğurlar bu ilin iyulunda Çində etnik zəmində yaranmış qarşıdurmalardan sonra ölkəni tərk edərək, Kambocadan sığınacaq istəmişdilər.
Kamboca hökumətinin məlumatına görə, uyğurlar ölkə ərazisinə qefri-leqal yolla daxil olublar. ABŞ və BMT-nin çağırışlarına baxmayaraq, Kamboca uyğurların sürgününü reallaşdırıb. Beynəlxalq ictimaiyyət uyğur türklərinin Çində qəddar münasibətlə qarşılanacağından ehtiyatlanır.
Uyğurların sürgünü Çinin vitse-prezidenti Si Tszinpinin Kambocaya səfəri ərəfəsində baş verib. BMT-nin qaçqınlar üzrə ali komissarı Kamboca hakimiyyətinin qərarını qaçqınlarla bağlı beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: