Kakaonun qiyməti son 30 ildə ən yüksək həddə çatıb
08 Aprel 2011 Cümə 15:15
Bahalaşmanın əsas səbəbi kimi Kot-d`İvuardakı qeyri-sabit vəziyyət göstərilir
Dünya bazarında kakaonun qiyməti qəflətən artıb. Bahalaşmanın əsas səbəbi kimi Kot-d`İvuardakı qeyri-sabit vəziyyət göstərilir.

Dünyada kakao istehsalının 40 faizinə sahiblik edən Afrika qitəsinin bu ölkəsində siyasi böhran qiymətin son 30 ildə ən yüksək həddə çatması ilə nəticələnib. Loran Qbaqo rejiminə qarşı tətbiq olunan sanksiya səbəbindən Kot-d`İvuar şokoladın istehsal olunmasında istifadə edilən kakaonun ixracını bərpa edə bilmir. Bu ölkədən ixracın məhdudlaşdırılması səbəbindən digər iri istehsalçı ölkələr- İndoneziya və Qana ixracın həcmini artırmağa hazırlaşır.

Qeyd edək ki, indi dünya bazarında kakaonun bir tonu 3000 dollardan baha satılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar