Kainatın uşaqlıq şəkli çəkilib
07 Yanvar 2010 Cümə Axşamı 07:00
ABŞ-ın Habl teleskopu kainatın ilkin yarandığı dövrdə necə olmasını təsvir edən görüntülər təqdim edib
ABŞ-ın Habl teleskopu kainatın ilkin yarandığı dövrdə necə olmasını təsvir edən görüntülər təqdim edib. 2004 və 2009-cu ildə çəkilmiş görüntülər də nümayiş etdirilib. Görüntülərdə elmə məlum olmayan digər qalaktikalar insanların diqqətini cəlb edib. Yeni aşkar edilmiş qalaktikalar görüntülərdə aydın görünməsə də onları ultrabənövşəyi görüntülərdə aydın müşahidə etmək olur. Amerikalı Alimlər bildiriblər ki, görüntülərdə bizim kainatın yarandığı zaman necə olduğunu görmək olar. Onların sözlərinə görə, aşkar edilmiş yeni qalaktikalar hələki tam formalaşmayıb və onlar çox kiçikdirlər. Qalktikaların rəngi mavidir. Buna səbəb isə formalaşmaqda olan qalaktikalarda ağır mettalların az olmasıdır. Qeyd edək ki, Amerikanın Beynəlxalq Kosmik Araşdırmalar Agentliyinə (NASA) məxsus olan Habl teleskopu ötən il təmir olunub və o komosda uzaq məsafələri arşdırmağa imkan verir. On il öncə Habl teleskopu kainatın yaşının müəyyən edilməsində sas rol oynayıb və nəticədə kainatın 13,7 milyard il yaşının olması məlum olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: