Kadırov: "Rusiya Gürcüstanı və Ukraynanı yox etməlidir"
24 Dekabr 2009 Cümə Axşamı 11:25
Çeçenistan prezidenti Kadırov The Telegraph qəzetinə müsahibəsində belə deyib
Çeçenistan prezidenti Ramzan Kadırov The Telegraph qəzetinə müsahibəsində bildirib ki, Gürcüstan və Ukrayna Rusiya üçün xəstəlikdir: "Hücuma keçərək bu xəstəliklərin kökünü kəsmək lazımdır".
Çeçenistan prezidentinin sözlərinə görə, Gürcüstanın ötən il Cənubi Osetiyaya hücumu Qərb ölkələrinin bütün Qafqazı tutmaq üçün anti-Rusiya planı olub.
“Gürcüstan, Cənubi Osetiya, Ukrayna – bütün bunlar həmişə olacaqlar. Bu, Rusiyanın xüsusi xəstəliyidir. Əgər biz bu problemi aradan qaldıra biləriksə, niyə həmişə əziyyət çəkməliyik. Biz böyük ölkəyik, bizim hər şeyimiz var? Ordumuz, texnologiyamız. Biz hücuma keçməliyik”, deyə Çeçenistan prezidenti bəyan edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: