Kadırov İsraildə Məscid-i Aksadan da böyük məscid tikdirəcək
11 Mart 2013 Bazar Ertəsi 14:37
Məscidin tikintisinə milyonlarla dollar xərclənəcəyi gözlənilir.
Çeçenistan dövlət başçısı Ramzan Kadırov milyonlarla dollar xərcləyərək İsrailin ən böyük məscidini inşa etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, Qüdsdən 10 km aralıda Abu-Goş yaşayış məntəqəsində tikiləcək məscidin Məscid-i Aksa-dan belə böyük olacağı bildirilir.
Rusiyanın "Exo Moskvı" radiostansiyasının məlumatına görə, Kadırovun bu planı Abu-Goş sakinlərinin bir zaman buraya köç edən çeçenlərdən ibarət olduğu ortaya çıxandan sonra səslənməyə başlayıb. Hətta Kadırov İsraili ziyarət edərkən çeçenlərin yaşadığı qəsbədə bir küçəyə atası Əhməd Kadırovun adı verilib.
Bundan əlavə iki il öncə o "burada bir məscid olsa yaxşı olar" deyib. İlk olaraq israilli çeçenlər aralarında pul toplamağa başlayıblar. Ancaq bu pulla ancaq məscidin təməli qoyulub. Martın əvvəllərində Ramzan Kadırov maliyyə işlərini öz öhdəsinə götürdüyünü açıqladı. İsrailin ən böyük məscidinə Əhməd Hacı Kadırov adının verilməsi şərti ilə bütün vəsat Çeçenistan büdcəsindən veriləcək.
Tikintinin detalları sirr kimi saxlanılır. "Məscid-i Aksa"nın 5 min nəfrəlik olduğu halda, yeni məscidin 5500 insan tutumu olacağı deyilir. Kadırov bu layihənin İsrail ilə Rusiya arasındakı münasibətlərin inkişafına kömək edəcəyini açıqlayıb.
DOSTLARINLA PAYLAŞ: