Kaçinskinin həlak olduğu yerdə çəkiliş aparan jurnalistlər həbs edilib
05 Oktyabr 2010 Çərşənbə Axşamı 15:50
Hazırda onlar Rusiya tərəfindən sorğu-sual edilir.
Polşa prezidenti Lex Kaçinskinin göyərtəsində olduğu təyyarənin qəzaya uğradığı yerdə çəkiliş aparan polyak jurnalistlər qrupu Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. ANS PRESS-in “Warsaw Business Journal”a istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məlumata görə, 3 polşalı jurnalist hadisə yerinə keçdiklərinə görə həbs edilib. Hazırda onlar Rusiya tərəfindən sorğu-sual edilir.
Nəşrin rəyinə görə, insident Polşa-Rusiya münasibətlərinə ciddi təsir göstərə bilər. Hər iki tərəf qəzanın səbəblərinin müəyyən edilməsi istiqamətində öz araşdırmalarını aparır.
Polşanın TVN24 telekanalının məlumatına görə, saxlanılanlar arasında televiziyanın bir əməkdaşı var. Smolenks vilayətinə yollanan jurnalistlərin məqsədi hadisə yerində çəkiliş aparmaq olub.
Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı aprelin 10-da Smolenskdə baş vermiş təyyarə qəzasında həlak olublar. Yerə düşən təyyarənin göyərtəsində Kaçinsklərdən əlavə heyət üzvləri, hökümət nümayəndələri də daxil olmaqla 96 nəfər olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: