Kaçinski, ya Kamorovski?
04 İyul 2010 Bazar 20:35
Polşada növbədənkənar prezident seçkilərinin ikinci mərhələsi keçirilir.
Bu gün Polşada növbədənkənar prezident seçkilərinin ikinci mərhələsi keçirilir. Bir çoxları bu səsvermə prosesini tarixi adlandırıb. Çünki məhz bu seçkilərdən ölkənin gələcək siyasi istiqaməti, inkişafı, Avropa Birliyi və Rusiya ilə münasibətləri asılıdır. Prezidentliyə namizədliyini irəli sürən hər iki şəxsin dövlət başçısı postuna təyin edilməsi üçün şansları bərabər qiymətləndirilir.
Qeyd edək ki, iyulun 1-də dərc olunan ən son sorğu nəticələrinə görə, Yaroslav Kaçinski Branislav Kamorovskini 2 faiz səs çoxluğu ilə geridə qoyub. İkinci tura çıxan hər iki namizəd heç də səs-küylü hesab olunmayan seçkiqabağı kampaniya keçiriblər.
Artıq seçki məntəqəsinə namizədələrdən hər ikisi gələrək öz səsini verib. Hələlik daxil olan məlumatlara görə, seçicilərin əksəriyyəti keçmiş prezident və təyyarə qəzası nəticəsində ölən Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinskiyə səs verib. Lakin seçkilərin ilkin nəticələri bu gün elan olunsa da, son nəticələr barədə sabah məlumat veriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: