Kaçinski öz qəzəbinin qurbanı olub
15 İyul 2010 Cümə Axşamı 21:00
Pilot: "Təyyarəni yerə endirməsək, Kaçinski məni öldürər".
Polşa prezidenti Lex Kaçinsikinin ölümü ilə nəticələnən təyyarə qəzasının araşdırılması hələ də davam edir. Rusiyanın Smolensk şəhərində enmə zamanı qəzaya uğrayan təyyarənin qara qutusunu dinləyən Polşalı mütəxəssislərin fikrincə pilot Arkadiuş Protasyuk Kaçinskinin qəzəbinə tuş gəlməmək üçün xəbərdarlıqlara baxmayaraq təyyarəni yerə endirmək qərarına gəlib.

Qəzadan 71 saniyə öncə pilotun “Əgər təyyarəni yerə endirməsək, o məni öldürər” deməsi Polşalı mütəxəssislərpin diqqətindən yayınmayıb.

Polşanın “TVN24” televiziya kanalında nümayiş etdirilən qara qutudakı səsələri dinləyən Polşa parlamentinin əməkdaşı Robert Zavada pilota təyyarənin kabinəsində olan Polşa Hava Qüvvələri Komandanı general Andjey Blasik yaxud da dövlət başçısı Lex Kaçinski tərəfindən təyziq edildiyini bildirib.

Bununla yanaşı Kaçinskinin daha öncə də pilotlarına qəzəbləndiyi məlum olub. Protasyukun ikinci pilot olaraq səfər etdiyi təyyarənin kapitanı Rusiya-Gürcüstan müharibəsi zamanı Kaçinski tərəfindən tənbeh edilibmiş. Mixail Saakaşviliyə dəstək olmaq üçün Tiflisə gedən prezidentin təyyarəsini Tiflis hava limanına endirmək istəməyən pilot Kaçinski tərəfindən Protasyukun yanında danlanıbmış. Rus silahlı qüvvələri tərəfindən təyyarənin vurulması ehtimalını nəzərə alaraq təyyarəni Tiflisə yox, Azərbaycanın Gəncə şəhərinə endirən pilotu hədələyən Kaçinski: “Qorxaq! Səninlə daha sonra hesablaşacağıq”,-deyə bildiribmiş.

Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı bu il aprelin 10-da Smolenskdə baş vermiş təyyarə qəzasında həlak olub. Yerə düşən təyyarənin göyərtəsində Kaçinsklərdən əlavə heyət üzvləri, hökümət nümayəndələri də daxil olmaqla 97 nəfər olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar