Kaçinski məğlubiyyətini etiraf etdi
05 İyul 2010 Bazar Ertəsi 01:25
Kaçinski Polşanın spikeri Bronislav Komorovskiyə təbrik ünvanlayıb.
Polşanın “Hüquq və ədalət” partiyasının lideri, prezidentliyə namizəd Yaroslav Kaçinski öz rəqibini seçkilərdəki qələbə münasibətilə təbrik edib. Exit-poll-un nəticəsinə görə, namizədliyi “Vətəndaş platforması” partiyası tərəfindən irəli sürülmüş Polşa parlamentinin spikeri Bronislav Komorovski seçkilərdə minimal fərqlə liderlik edir.
Yaroslav Kaçinski seçkinin nəticələri ilə bağlı özünün seçki qərargahındakı çıxışında deyib: “Mən xoş ənənənin tələb etdiyindən başlamalıyam. Bronislav Komorovskini təbrik edirəm. Mərn seçkilərdən iştirak edənlərin hamısına, ilk növbədə isə məni dəstəkləyənlərə minnətdaram”.
Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski aprelin 10-da Rusiyanın Smolensk şəhəri yaxınlığındakı təyyarə qəzasında həlak olduqdan sonra ölkədə növbədənkənar seçkilər təyin edilib. Seçkinin ilk turu iyunun 20-də 9 namizədin iştirakı ilə keçirilib. Amma namizədlərdən heç biri seçicilərin səslərinin yarısını toplaya bilməyib və onlardan ikisi-Yaroslav Kaçinski və Bronislav Komorovski mübarizəni kinci turda davam etdirməli olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: