Kabildə silahlı şəxslərin hamısı zərərsizləşdirilib
29 İyun 2011 Çərşənbə 09:50
Mehmanxananın elektrik enerjisi bərpa edilib.
Əfqanıstanın paytaxtı Kabildə taliban döyüşçülərinin «İnterkontinental» mehmanxanasına hücumu nəticəsində azı 12 dinc sakin ölüb. 3 polis əməkdaşı və 6 dinc sakin isə yaralanıb. Yaxşı silahlanmış 5 kamikadze və 6 döyüşçünün hücumu zamanı mehmanxanada 70-dək əyalət məmuru olub. Onlar 2014-cü ilədək ölkənin bir çox rayonlarında təhlükəsizliyə nəzarət üzrə məsuliyyətin təhvili ilə bağlı konfransda iştirak edirlərmiş.

Təhlükəsizlik qüvvələri dərhal döyüşçülərə qarşı əməliyyata başlayıb. Gecə saatlarınadək davam edən əməliyyata NATO vertolyotları və Amerika hərbçiləri də cəlb olunub. Silahlı şəxslər binanın damında sıxışdırılıb. Onlardan bəziləri özlərini partladıb. 4 güclü partlayış baş verib. 5 saatlıq əməliyyatda bütün silahlı şəxslər zərərsizləşdirilib. Partlayışlardan sonra mehmanxananın elektrik enerjisi kəsilib. Elektrik enerjisinin artıq tam bərpa olunduğu bildirilir.

Əsasən xarici vətəndaşlar və yüksək rütbəli məmurların qaldığı mehmanxanaya hücuma görə məsuliyyəti taliban qruplaşması öz üzərinə götürüb. Taliban döyüşçüləri hücum zamanı 50-dək adamın öldürüldüyü və yaralandığını iddia edirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar