Bu gün Əfqanıstan paytaxtı Kabilin şərqində törədilən terror hadisəsi nəticəsində yeddi nəfər həlak olub, 50 nəfərdən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu barədə hökumətdəki mənbələr bildirib.
Hadisə kamikadzenin minalanmış avtomobili əfqan ordusu və koalisiya qüvvələrinin dayandığı yolun kənarında partlatması nəticəsində baş verib.
İnsident nəticəsində ölənlərin hamısı dinc sakinlərdir. Yaralananlar arasında BMT-nin üç əfqan əməkdaşı da var. Partlayışdan sonra yaxınlıqda olan bir sıra avtomobillər, o cümlədən BMT missiyasına məxsus bir maşın yanıb. /ANS PRESS/