Kabardin-Balkarda prokuror müavini qətlə yetirilib
21 May 2010 Cümə 01:50
Naməlum şəxslər Baksan rayon prokurorunun müavininə çoxsaylı atəş açıblar.
Ötən axşam Rusiyanın Kabardin-Balkar Respublikasının Baksan rayonunda prokuror müavini qətlə yetirilib. Bu barədə məlumat Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsinin saytında yerləşdirilib.
Məlumatda deyilir: “Təxminan saat 22.20-də (Bakı vaxtı ilə 23.20) Baksan şəhərinin İnqibab küçəsindəki 6a saylı evin yaxınlığında iki naməlum şəxs tapançadan açılan çoxsayoı atəşlə Baksan rayounun prokuror müavinini qətlə yetiriblər. O, aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib”.
Hadisə ilə əlaqədar Rusiya Federasiyasının iki maddəsi (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsl, qanunsuz silah dövriyyəsi) ilə cinayət işi başlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: