Jurnalistlərə silah gəzdirməyə icazə verildi
02 İyun 2011 Cümə Axşamı 11:20
Pakistan hökuməti bu barədə xüsusi qərar qəbul edib.
Pakistan hökuməti bu ölkədə jurnalistlərə özünümüdafiə məqsədilə silah gəzdirməyə icazə verib. Bu barədə məlumatı Pakistanın daxili işlər naziri Rəhman Malik bildirib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar İtaliya agentliklərinin birinin müxbirinin Pakistanda öldürülməsindən sonra qəbul edilib.
Qeyd edək ki, 40 yaşlı jurnalist Sayed Səlim Şəhzadə ötən bazar günü itkin düşmüşdü. Onun meyiti isə çərşənbə axşamı Pakistanın paytaxtı İslamabadın 150 km cənub-şərqində tapılıb. Jurnalist "Əl-Qaidə" terror qruplaşması ilə Pakistan hərbçilərinin mümkün əlaqələrini araşdırmaqla məşğul idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: