Jurnalistlər üçün xüsusi pasport hazırlanıb
27 Noyabr 2010 Şənbə 04:50
“Boz pasport”u olan jurnalistlər xəbər üçün istədikləri xarici ölkəyə rahatlıqla gedəcək və viza almaq üçün növbədə gözləməyəcək
Türkiyədə jurnalistlər üçün yeni güzəştlər hazırlanıb. “Mətbuat Reklam” agentliyinin sədri Mehmet Atalay xaricdə rahatlıqla fəaliyyət göstrmək üçün jurnalistlərə xidməti pasport veriləcəyini bildirib. 3 və 5 il müddətə verilən boz rəngli pasportların jurnalistlər üçün yeni güzəştlər yaradacağı bildirilir. Belə ki, “Boz pasport”u olan jurnalistlər xəbər üçün istədikləri xarici ölkəyə rahatlıqla gedəcək və viza almaq üçün növbədə gözləməyəcək.

Qeyd edək ki, bu pasportların ilkin olaraq 916 jurnalistə verilməsi nəzərdə tutulur. Artıq bu məqsədlə hazırlanmış siyahı təsdiq olunmaq üçün Dövlət naziri və baş nazirin müavini Bülənd Arınca təqdim olunub.

Məlumata görə “Boz pasport” sahibi jurnalist siyahısı gələcək günlərdə uzanacaq, 5 000-dən çox tirajı olan qəzetlərin redaktorlarına da bu pasportdan veriləcək. Bundan başqa vəzifəsi üçün xaricə çıxan bütün jurnalistlər gələcəkdə belə pasportlardan istifadə edə biləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar