Jurnalistin hamilə qızı öldürülüb
17 Dekabr 2009 Cümə Axşamı 05:00
Qadının bətnindəki körpə isə həkimlərin müdaxiləsi ilə xilas edilib
Hondurasda hücuma məruz qalan jurnalistin yanında olan qızı ölüb. Polis rəsmilərinin verdiyi açıqlamaya görə, jurnalist Karol Kabreranın idarə etdiyi avtomobil motosikletli iki naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində jurnalistin 8 aylıq hamilə qızı hadisə yerindəcə keçinib. Qadının bətnindəki körpə isə həkimlərin müdaxiləsi ilə xilas edilib. Qeyd edək ki, hücum nəticəsində heç bir bədən xəsarəti almayan jurnalist bu il iyunun 28-də dövlət çevrilişi ilə ölkə idarəsini ələ keçirən yeni hökuməti dəstəkləyirmiş. Hadisənin hansı zəmində baş verdiyi isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: