Jurnalistə 6 il həbs verilib
12 Mart 2010 Cümə 16:45
Səid Leylaz İranın dini rəhbərini təhqir etməkdə təqsirli bilinib
Tehranın Şəhid Beheşti Universitetinin müəllimi, islahat tərəfdarı, tanınmış jurnalist Səid Leylaz 6 il həbsə məhkum edilib. Hökm Tehran İnqilab Məhkəməsində çıxarılıb.
2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlar zamanı tutulan, 9 aydır həbsdə saxlanan S.Leylaz dini rəhbər Əli Xamneyini təhqir etməkdə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və ictimai asayişi pozmaqda təqsirli bilinib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: