Juirnalist ailəsinin gözünün qarşısında öldürüldü
22 Noyabr 2010 Bazar Ertəsi 03:45
“Sərhədsiz Repartyorlar” təşkilatı ABŞ-ın İraqı işğal etməsindən bəri bu ölkədə öldürülən jurnalist sayının 230 olduğunu açıqlayıb
Şimali İraqın Mosul vilayətində daha bir jurnalist öldürülüb. Polisin verdiyi məlumata görə, “Əl Mosuliyyə” telekanalının müxbiri Mazin Mərdan öz evində, ailəsinin gözünün qarşısında qətlə yetirilib. Öldürülmə səbəbi açıqlanmayan 18 yaşlı Mərdanın “Əl Mosuliyyə”nin yaraqlılar tərəfindən qətlə yetirilən 3-cü müxbiri olduğu bildirilib.

“Sərhədsiz Repartyorlar” təşkilatı (RSF) 2003-cü il mart ayında ABŞ-ın İraqda həyata keçirdiyi işğaldan bəri bu ölkədə öldürülən jurnalist sayının 230 olduğunu açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar