John Kerry: Elimizde güclü deliller var
09 Sentyabr 2013 Bazar Ertəsi 15:39
ABŞ dövlet katibi John Kerry Suriyada raketlerin haradan atıldığını ve hara düşdüyünü bildiklerini deyib.
"Suriyaya hərbi müdaxilə hədəflənib. Ancaq bu qısa müddətli olacaq". Bu sözləri Londonda səfərdə olan ABŞ-ın dövlət katibi Con Kerri İngiltərənin xarici işlər naziri Uilyam Hague ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. Kerri Suriya münaqişəsinin savaş meydanında deyil, müzakirə masasında ola biləcəyini deyib.

100 ildən çoxdur ki, dünyanın kimyəvi silahdan istifadənin qarşısını aldığını deyən Kerri, Suriyada baş verənləri bəşər faciəsi adlandırıb.

"Konqresdən razılıq əldə edilməsə belə Suriyada hərbi müdaxilə ola bilərmi?" sualına cavabında isə dövlət katibi bu barədə qərarı prezidentin öz düşüncələrinə əsaslanaraq verdiyini deyib. "Konqresimiz Amerika,demokratiya üçün nə yaxşıdırsa onu edəcək. Prezident Obama cəsur bir qərar qəbul edib və konqresə müraciət edib".

C.Kerri Suriyada kimyəvi silahdan istifadə ilə bağlı əllərində sübutlar olduğunu bir daha qeyd edib. O, əllərində doğurdanda güclü dəlillər olduğunu deyib. "Raketlərin haradan atıldığını və hara düşdüyünü bilirik". O, Bəşər əsədin qarşıdan gələn həftədə əlindəki bütün silahları təhvil verəcəyi təqdirdə hücumun qarşısının alına biləcəyini deyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar