Jirinovskinin ən sərsəm təklifi
24 Mart 2014 Bazar Ertəsi 18:07
Dövlət Dumasının sədr müavini üç dövlətə rəsmi məktub göndərərək Ukraynanı bölməyi təklif edib.
Rusiya Liberal-Demokratik Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Polşaya Ukraynanın beş vilayətini özünə birləşməklə bağlı referendum keçirməyi təklif edib.
ANS PRESS-in məlumatına görə, Rusiya Dövlət Dumasında partiya fraksiyasının rəhbəri Volın, Lvov, İvano-Frankovsk, Ternopol və Roven vilayətlərini nəzərdə tutub.
Polşanın TVP1 telekanalının məlumatına görə, Polşa Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı Rusiya Dövlət Dumasından rəsmi məktub alıb. Məktubda Dövlət Dumasının sədr müavini, LDPR lideri Vladimir Jirinovski Polşaya Ukraynanın əlindən qərb vilayətlərini almağı təklif edib.
Kanalın məlumatına görə, Macarıstan və Rumıniyanın nazirlikləri də oxşar məktub alıblar. Jirinovski onlara Zakarpat və Çernovitsı vilayətlərin təklif edib. Rusiya siyasətçisi hesab edir ki, Ukraynın əlində yalnız mərkəzi vilayətlər qalmalıdır.
Polşa XİN-i Jirinovskinin məktubunu “əcaib” sayıb. Nazirlik Vladimir Jirinovskiyə nəzakətli cavab verməyə söz verib.
Vladimir Jirinovskinin fikrincə, Rusiya Federasiyası “rus xalqını xilas etməli”, Ukraynanın şərq və cənub vilayətlərini nəzarətə götürməlidir.
DOSTLARINLA PAYLAŞ: