Jirinovski yenə sərsəmlədi
11 Dekabr 2009 Cümə 18:20
Jirinovski yenə sərsəmlədi. Onun fikrincə, Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır.
"Əgər Dağlıq Qarabağ müstəqilliyini elan etsə, Rusiya bunu tanımalıdır". Belə bir sərsəm bəyanatla Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski çıxış edib. Onun fikrincə, əks təqdirdə azərbaycanlılarla ermənilər heç vaxt razılığa gələ bilməyəcək. “Mən nə ermənilərin, nə də azərbaycanlıların tərəfini tutmuram”, - deyə o vurğulayıb.

Erməni-türk münasibətlərinə gəldikdə isə Jirinovski açıq şəkildə etiraf edib ki, Rusiya Türkiyənin bu yaxınlaşmadan Cənubi Qafqaz regionunu nəzarətə götürmək üçün istifadə etməsini istəmir.

“Halbuki Ankaranın belə planları olub. Rusiya üçün Cənubi Qafqazda sülh və sabitlik lazımdır. Bu, təmin edilsə, onda Ermənistan kiminlə istəyir onunla da yaxınlaşsın. İstər Türkiyə, istər İran, istər Gürcüstan ya da Azərbaycanla. Əgər orada təcavüz olsa, biz təcavüz qurbanının tərəfini tutacağıq və təcavüzkarı tamamilə məhv edəcəyik”, - deyə o fikrini tamamlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar