Jirinovski müsəlman ölkələrinə səsləndi
19 Mart 2011 Şənbə 19:37
“Müsəlman ölkələrini birliyə və Qəddafiyə həmrəylik göstərməyə çağırıram”
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski müsəlman dünyasını birləşməyə və Liviya prezidenti Müammar Qəddafini dəstəkləməyə çağırıb. O bildirib ki, LDPR bütün dünya müsəlman ölkələrinə mürəciət edərək onları birliyə və Qəddafiyə həmrəylik göstərməyə çağırır.

Onun sözlərinə görə, bu ölkələrin rəhbərlikləri birgə NATO-nun Liviyadakı hərbi əməliyyatlarına qarşı çıxmalı və buna etiraz etməlidirlər: “Liviyanı Şimali Atlantik Blokunun zirehli hərbi maşınları ilə bəlada tək qoymayın. NATO-nun Liviyadakı demokratiyanın əzməsinə imkan vermək olmaz. Çünki bu dövlət heç kəsə təhlükə yaratmır. Bütün baş verənlərdən kənarda qalmaq olmaz. Uzağı görə bilməyən Avropa və okeanın o tayındakı siyasətçilərin dalınca getməyin”.

O bildirib ki, bu ağıılsızlığa son qoymaq lazımdır: “Çünki gələn dəfə Liviyanın yerində başqa bir müsəlman ölkəsi də ola bilər. Qərb çox aqressiv və qərarlı şəkildə bu işə əl qoyub”.

V. Jirinovski qeyd edib ki, Əfqanıistan və İraqdakı hərbi müdaxilələrin mənfi təcrübəsinin təsirləri hələ də müsəlman ölkələrinə heç nəyi başa sala və öyrədə bilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar