Jerar Depardye yenidən Moskvada
23 Fevral 2013 Şənbə 11:12
Fransız aktyor Bolşoy Teatrı gəzib.
Fransa vətəndaşlığından imtina edərək, Rusiya vətəndaşlığı almış dünya şöhrətli aktyor Jerar Depardye yaşadığı Saransk şəhərindən Moskvaya gəlib. Aktyor burada Bolşoy Teatrı gəzib və onun nəzdində olan və restavrasiya edilmiş qədim sinema illuziyasının açılışında iştirak edib. Depardye Rusiya mədəniyyətinə heyran olmasından ağız dolusu danışıb.
"Bolşoy teatr mənim üçün təkcə yeni və gözəl bina deyil. O, həmçinin məndə dahi rus adları - Çaykovski, Raxmaninov, Prokofyev ilə assosiasiya olunur. Mən Rusiya mədəniyyətini çox gözəl bilirəm və çox sevirəm. Bəstəkarlarını tanıyıram. Hətta deyə bilərəm ki, mən Rusiya mədəniyyəti ilə birlikdə doğulub böyümüşəm".
Xatırladaq ki, Fransada gəlir vergisinin çox yüksək olmasından narazı olan Jerar Depardye yanvar ayında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Rusiya passportunu alıb və Saransk şəhərinə köçüb. O, öz evi tikilənədək müvəqqəti olaraq qonaq evində qalır.
DOSTLARINLA PAYLAŞ: