Jerar Depardye FİFA prezidenti olacaq
29 Mart 2013 Cümə 10:00
Aktyor Jerar Depardye dünya çempionatının 100 illiyinə həsr olunmuş filmə çəkiləcək.
Məşhur fransız aktyoru Jerar Depardye bədii filmə çəkiləcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor filmdə Beynəlxalq Futbol Federasiyasının Prezidenti Jül Rime rolunda oynayacaq.
Rime ilk dünya çempionatının təşkilatçısı olub. O, FİFA-nın 3-cü prezidenti olub və 1921-1954-cü illərdə bu vəzifəni icra edib.
"F2014" adlanan film 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının 100 illiyinə həsr olunub.
DOSTLARINLA PAYLAŞ: