Jan Klod van Damm Çeçenistanda rinqə çıxacaq
12 Noyabr 2011 Şənbə 11:44
Aktyor "Ramzan-van Damm" döyüşü keçirmək istəyir.
Tanınmış Hollivud aktyoru Jan-Klod van Damm Çeçenistana döyüşə çıxacaq. ANS PRESS-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Jan Klod van Damm K-1 qaydaları üzrə döyüşün Qroznıda keçirilməsi üçün bu ölkənin rəhbəri Ramzan Kadırovlala danışıqlar aparmaq niyyətindədir.
“Qroznıya səfərimin ilk məqsədlərindən biri Çeçenistanda bu döyüşü keçirməkdir. Artıq 51 yaşım var, amma bu döyüşü özüm üçün keçirmək istəyirəm. Bu döyüşüm boks üzrə Olimpiya çempionu Samrak Kamsinqə qarşı olacaq və o, artıq mənim dəvətimi qəbul edib”,- deyə J. Van Damm Çeçenistan televiziyasına müsahibəsində bildirib.
Aktyor əlavə edib ki, bu döyüşü nisbətən cəlbedici, parlaq etmək niyyətindədir: “Məsələn, Ramzan-van Damm... Döyüşü Moskvada da keçirmək olar. Döyüşün keçirilməsi üçün 4 variantım var. Hazırda onlar haqda fikirləşirəm. Bu, böyük tədbirdir və bura çoxlu qonaq dəvət edib, böyük bir şou yaratmaq lazımdır”.
Xatırladaq ki, oktyabrın əvvəllərində van Damm Qroznı günü və Ramzan Kadırovun doğum gününü qeyd etmək üçün Çeçenistana gəlmişdi.
DOSTLARINLA PAYLAŞ: