Jak Şirak “Qazprom”la işləməkdən imtina edib
29 Yanvar 2010 Cümə 16:50
Fransanın sabiq prezidenti Jak Şirak Rusiyanın baş naziri Vladimir Putinin “Cənub dəhlizi” qaz kəmərinin tikintisi layihəsinə rəhbərlik etmək təklifinə rədd cavabı verib.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Fransada nəşr olunan “Le Nouvel Observateur” qəzeti məlumat yayıb.

Məlumata görə, Şirak öz fondunda işləməyi üstün tutub və hələlik hansısa özəl şirkətdə çalışmaq istəmir.

Qeyd edək ki, “Cənub dəhlizi” qaz kəmərinin tikintisi ilə Rusiyanın “Qazprom”, İtaliyanın “Eni” və Fransanın “EdF” şirkətləri məşğul olur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar