İvanişvilidən şirin vədlər
17 Fevral 2013 Bazar 16:53
Gürcüstanda görünməmiş iqtisadi tərəqqi olacaq.
“Sizə söz verirəm ki, Gürcüstanda görünməmiş iqtisadi tərəqqi olacaq. Bu, hakimiyyətimizin ikinci, üçüncü və dördüncü ilində olacaq”. Belə bir bəyanatla Gürcüstanın baş naziri Bidzina İvanişvili “Gürcü arzusu” partiyasının növbədənkənar qurultayında çıxış edib. O qeyd edib ki, hökumət sutkada 24 saat işləyir və əhali bu işin bəhrəsini tezliklə görəcək.
“Xərcləri milyonlarla aşağı saldıq. Ümumiyyətlə dövlətin pullarını dəb-dəbəli həyat elementlərinə xərcləməyə qadağa qoyduq. Tələbələrin maliyyələşdirilməsini artırdıq, bütün vətəndaşları sığortalayırıq, pensiyaları və sosial yardımları artırdıq. Qiymətlərin endirilməsi başlayıb, 3 investisiya fondu yaradılıb və s. Sizi əmin edirəm ki, Gürcüstanda əsl inkişafa qədəm qoyulub, ölkəmiz ayağa duracaq”, - deyə o vurğulayıb.
İvanişvili həmçinin iş adamlarına səslənib: “Sizə tam müstəqillik verilib. İmkan vermərik ki, kimsə fəaliyyətinizə müdaxilə etsin”.
DOSTLARINLA PAYLAŞ: