İvanişvili Saakaşvilinin təklifini qəbul etdi
02 Mart 2013 Şənbə 08:14
Gürcüstanın prezidenti ilə baş nazirinin görüşü martın 4-də səhər saatlarında baş tutacaq.
Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident Saakaşvilinin təklifini qəbul edib. B.İvanişvilinin mətbuat xidmətinin yaydığı məlumata görə, baş nazir prezidentlə martın 4-də səhər saatlarına görüşməyə razılıq verib.
Bu gün Saakaşvili partiyasını parlamentdə təmsil edən deputatlarla görüşüb. Görüş zamanı prezident deyib ki, 2 gün məsləhətləşmələr keçirəcək və İvanişvili ilə danışıqlarda hansı mövqe tutacağını müəyyənləşdirəcək.
DOSTLARINLA PAYLAŞ: