İvanişvili prezidentə lağ elədi
05 Mart 2013 Çərşənbə Axşamı 08:50
Baş nazir: Bura da öz maşını ilə gəlib, gülməlidir.
Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün ölkənin baş naziri Bidzina İvanişvili ilə görüşünün maraqlı keçdiyini bildirib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, o bildirib ki, İvanişvili ilə görüş hər zaman maraqlı olur. Onun sözlərinə görə, onların baxışları arasında fundamenral fərqlər var: “Maraqlısı isə budur ki, heç kəs bunu gizlətmir. Düşünürəm ki, vəziyyət çətin olsa da, biz bir-birimizlə danışmalıyıq”.
Bidzina İvanişvili isə isə Saakaşviliyə lağ edib. “Bura da öz maşını ilə gəlib. Gülməlidir” deyə istehza ilə baş nazir görüşdən sonra jurnalistlərə bildirib. O qeyd edib ki, bu görüşdə o, Saakaşviliyə bəzi məsləhətlər verəcəydi, ancaq bunu etməyib: “O bu görüşə də öz elektromobili ilə gəlib. Özü sükan arxasında idi. O, özünü cəmiyyətdən küsmüş kimi göstərir. Bu da gülməli və saxtadır. Heç kəs onu cəzalandırmayıb. O özü özünün cəzalandırıb. İstəyir ki, hamının ona yazığı gəlsin. Belə süni və saxta oyunlar isə yolverilməzdir”.
DOSTLARINLA PAYLAŞ: