İvanişvili mat vəziyyətində
30 May 2013 Cümə Axşamı 08:15
Mən düşünürdüm ki, Rusiya ilə münasibətlərimiz başqa məcrada inkişaf edəcək.
“Mən düşünürdüm ki, hökumətimizlə Rusiya arasında əlaqələ başqa cür inkişaf edəcək”. Bunu Gürcüstanın baş naziri Bidzina İvanişvili “Praym-Taym”a açıqlamasında rus hərbçilərin Sxinvali bölgəsində sərhəd xəttinin bir neçə yüz metr Gürcüstan ərazisinə doğru dəyişməsinə münasibət bildirərkən deyib. İvanişvili bildirib ki, rusiyalı hərbçilərin bu hərəkəti onun üçün gözlənilməz olub.

“Baş verənlər heç də xoş deyil. Açığı başa düşülən də deyil, çünki mən düşünürdüm ki, Rusiya ilə münasibətlərimiz başqa məcrada inkişaf edəcək. Biz araşdırmağa çalışacağıq ki, bu, yüksək hakimiyyət dairələrindən gəlir, yoxsa... İstisna deyil ki, bu qərar nazir səviyyəsində, hətta bəlkə general səviyyəsində qəbul olunur. Çətin durumdur. Ancaq mən heç vaxt deməmişdim ki, gəlib 5 dəqiqəyə hər şeyi düzəldəcəyik”, - deyə o vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar