Braziliya Hava Qüvvələri itkin düşmüş «Air-France» təyyarəsinə aid olduğu güman edilən metal parçaları və kreslolar tapılıb. ANS PRESS-in «CNNTürk»ə istinadən verdiyi xəbərə görə, təyyarə qalıqları Braziliyanın 650-700 km məsafəsində tapılıb.
Braziliya Hava Qüvvələri axtarış aparan təyyarələrin okeanda təyyarə yanacağına bənzər izlər də tapdığını açıqlayıb.
«Air France» təyyarənin ildırım vurması versiyası üzərində dayanır.
Fransa Hava Yollarına məxsus (Air France) və göyərtəsində 216 sərnişin, 12 heyət üzvü olan Airbus təyyarəsi iyunun 1-də Braziliya ətrafında radarlardan itib. Rio de Janeyro - Paris reysi həyata keçirən təyyarə Braziliya ətrafında yoxa çıxıb. /ANS PRESS/