İtin duası qəbul olsaydı...
02 Yanvar 2011 Bazar 14:00
Dünya ermənilərinin katolikosu II Qreqin Dağlıq Qarabağ və erməni ordusu üçün dua edib
“İtin duası qəbul olsaydı göydən sümük yağardı” /Azərbaycan atalar sözü/

Dünya ermənilərinin katolikosu II Qreqin Dağlıq Qarabağ və burda Azərbaycan xalqına qarşı soyqırımı törədən erməni ordusu üçün dua edib. “Ölkədəki və diaspordakı sevimli, mömin xalq” – deyə başlayan duada Qareqin Ermənistan və Qarabağı “sülh”lə bərqərar edən və xaricdəki diasporu fraksiyalardan uzaq saxlayan tanrıya şükür edib.

Ermənistan üçün yüksək rifah səviyyəsi və firavan həyat arzulayan din adamı erməni xalqının səylə çalışdığını, böhrana və ölkənin embarqo altında olmasından qaynaqlanan bütün çətinliklərə sinə gərdiyini deyib.

Xalqını xristianlıq dəyərlərinə sədaqətli olmağa çağıran Qareqin onları həmçinin erməni şəxsiyyətini mühafizə etməyə də səsləyib.

Erməni millətinə uğurlar, erməni ordusuna dəyanət və erməni ailələrə dözümlülük arzulayan katolikos Dağlıq Qarabağ üçün “əbədi dua” edib. “Bərəkəti bəxşedən, ümidləri çoxaldan və həyata keçirən tanrı duamızı qəbul etsin, Ermənistan, Qarabağ və diasporuda olan hər birimizi bu gün, hər gün və əbədiyyən öz pənahında saxlasın”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar