İtən Malayziya təyyarəsi Hind okeanına düşüb
24 Mart 2014 Bazar Ertəsi 18:58
Malayziya Hava Yollarına məxsus təyyarə Hind okeanına düşübmüş.
ANS PRESS-in məlumatına görə, bunu Malayziya baş naziri bildirib.
Son yeniliklərə dair açıqlama verən Nəcib Razak Britaniya rəsmilərinin indiyədək bu çür araşdırmadan heç zamanı istifadə edilməyən datalarının təyyarənin son nöqtəsini müəyyən etdiyini bildirib. Baş nazir böyük kədər hissi ilə Boeing 777 təyyarəsində olan 239 adamın yaxınlarına səbr diləyib.
Əlavə məlumatlarla bağlı sabah mətbuat konfransı təşkil ediləcək. Kuala Lumpurdan Pekinə istiqamət alan təyyarə martın 8-də yoxa çıxmışdı. Təhqiqatçılar mexaniki nasazlıq və terrorizmi istisna etmir.
Qazaxıstandan Hind okeanının cənubunu əhatə edən 7 milyon kvadrat mertlik ərazidə aparılan axtarışda 26 ölkə iştirak edib.
DOSTLARINLA PAYLAŞ: