İtalyanlar Liviya prezidentindən kompensasiya tələb edib
13 İyun 2009 Şənbə 23:55
Qəddafi vaxtilə deportasiya etdiyi italyanların təmsilçiləri ilə görüşüb

Liviya prezidenti Müəmmar Qəddafi İtaliyaya səfərinin son günündə hakimiyyətə gəldikdən sonra ölkədən deportasiya etdiyi italyanların təmsilçiləri ilə görüşüb. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, Qəddafi 20 min italiyalını Liviyanın 30 il İtaliyanın müstəmləkəsi olmasına cəza olaraq ölkəsindən çıxarıb.

Onların çoxları indi Qəddafidən buna görə kompensasiya tələb edirlər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar