İtalyan mafiyasının milyardları dünyanı çaşdırıb
29 Mart 2014 Şənbə 00:24
Mafioz klanın gəlirləri İtaliya ümumi daxili məhsulunun 3,5%-nə bərabərdir.
İtalyan mafiya qruplaşması “Ndranqeta” 2013-cü ildə 73 milyard dollar qazanıb.
ANS PRESS-in məlumatına görə, bu, birlikdə götürdükdə Amerikanın “McDonald's” korporasiyasının və Almaniya “Deutsche Bank”ının gəlirlərindən 1 milyard dollar çoxdur. Bunu İtaliya tədqiqat institutu “Demoskopika” ortaya çıxarıb.
İnstitutun ekspertlərinin məlumatına görə, mafioz klanın gəlirləri İtaliya ümumi daxili məhsulunun (ÜDM) 3,5%-nə bərabərdir. Analitiklər qeyd ediblər ki, mafiya əsas gəliri qanunsuz narkotik dövriyyəsindən ($33,3 mlrd) və zibilin utilizasiyasından ($26,9 mlrd) əldə edir.
“Ndranqeta” qruplaşması yalnız İtaliyada deyil, bütün dünyada fəaliyyət göstərir. Siciliya qruplaşması “Koza Nostra” və Neapol qruplaşması “Kamorra” ilə əməkdaşlıq edən “Ndranqeta” regiondakı narkotrafikin böyük hissəsinə nəzarət edir.
DOSTLARINLA PAYLAŞ: