İtaliyanın yeni hökuməti qatdı-qarışdırdı
03 Dekabr 2011 Şənbə 07:02
Soyadı oxşarlığı ilə nazirlər kabinetinin təyinatı başqa adama gedib.
İtaliyada yeni qurulmaqda olan hökumət səhvən başqa bir adama təyinat xəbəri göndərdiyini etiraf edib. Qeyd edək ki, Kanadanın Ontario şəhərindəki Guelph (Qvelfov) universitetinin akademiki Françesko Braqaya Mario Monti hökumətində Kənd təsərrüfatı nazirinin (KTN) müavini vəzifəsinə təyin olunması barədə xəbər göndərilib. Təyinat barədə xəbərin yayılması ilə italyan fermerlər, xüsusilə də pendir istehsalçıları professor Braqaya təbrik mesajları göndərməyə başlayıb.
KT naziri Mario Katania təyinat barədə verdiyi açıqlamada Braqanın dünya üzrə tanınmış mütəxəssis olduğunu, onun kimi bir insanın nazirlər kabinetində olmasının hökumət üçün böyük dəstək olacağını deyib.
Ancaq bir müddət sonra 28 ildir Kanadada yaşayan Braqanın vəzifəyə təyin olunması barədə xəbərin səhv olduğu meydana çıxıb. Məlum olub ki, KTN müavini postuna təyin olunan şəxs əslində Roma “Sapienza” (Hikmət) universiteti İnşaat mühəndisi kafedrasının professoru Franko Braqa imiş.
Məsələ, daha bir qalmaqalın üstünü açıb. Belə ki, keçmiş kabinetin infrastruktur naziri Altero Matteoli professor Braqanı yeni kabinetə məsləhət gördüyü zaman KT nazirliyini nəzərdə tutmayıbmış. Sabiq nazir Matteoli “Corriere della Sera” qəzetinə açıqlama verərək, “Sözün düzü mən professor Braqanı İnfrastruktur nazirliyi üçün təklif etmişdim. Amma onu KT nazirliyinə təyin ediblər” – deyib.
Hələlik vəzifəsinə başlamayan Franko Braqa isə Françesko Braqa ilə birlikdə işləyərlərsə çox xoşbəxt olacağını bildirb.
DOSTLARINLA PAYLAŞ: