İtaliyanın yeni baş naziri Mario Monti oldu
14 Noyabr 2011 Bazar Ertəsi 10:12
Avropa Birliyinin keçmiş komissarı Mario Monti İtaliyanın yeni baş naziri olub. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, İtaliya prezidenti Corco Napolitano yeni hökuməti formalaşdırmağı M. Montiyə həvalə edib.
Milan Universitetinin 68 yaşlı dekanı, iqtisadçı professor Mario Monti gecikmədən yeni kabineti formalaşdırmağa başlayacağını açıqlayıb. O, birgə səylərlə İtaliyanın böhrandan çıxa biləcəyini söyləyib.

Xatırladaq ki, baş nazir Silvio Berluskoni noyabrın 12-də istefaya gedib. O, İtaliya parlamentində çoxluğun dəstəyini itirdikdən sonra bu addımı atmağa məcbur olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar