İtaliyanın baş naziri məhkəməyə çıxarılıb
28 Mart 2011 Bazar Ertəsi 17:33
Silvio Berluskoni bu dəfə maliyyə fırıldaqçılığında ittiham olunur
İtaliyanın baş naziri Silvio Berluskoni son 8 ildə ilk dəfə Milanda məhkəmə qarşısına çıxarılıb. İtaliya hökumətinin başçısına qarşı bu dəfə maliyyə fırıldaqçılığı ittihamları irəli sürülüb. İddiaya görə, Silvio Berluskoni özünəməxsus media-holdinq üçün yayım hüququ alarkən maliyyə fırıldaqçılığına yol yerib.

Bu günkü məhkəmə iclası işlə bağlı ilkin dinləmələrdən biridir. İtaliya məhkəməsi bu gün Berluskoniyə qarşı ittihamların rəsmən irəli sürülüb-sürülməyəcəyinə dair qərar verəcək. Baş nazir isə barəsində irəli sürülən ittihamları qəti surətdə təkzib edir. Məhkəmə binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, İtaliyanın baş nazirinə qarşı hazırda 4 məhkəmə işi açılıb. O, eyni zamanda rüşvətxorluqda, dələduzluqda, vergidən yayınmaqda və azyaşlı qızlarla intim münasibətdə ittiham edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar