İtaliyanın baş naziri Mario Monti əmək haqqından imtina etdi
05 Dekabr 2011 Bazar Ertəsi 11:48
Mario Monti özünün 30 mlrd avroluq büdcə planı üçün bunu edib.
İtaliyanın yeni baş naziri Mario Monti təklif etdiyi 30 milyard avroluq büdcə planının hökuməti tərəfindən qəbul edildiyini bəyan edib. Planda növbəti 2 il ərzində yeni vergilər, büdcə xərclərinin və təqaüdlərin azaldılması nəzərdə tutulur. 30 milyard avronun təxminən 20 milyardı əmək haqqı və təqaüdlərin kəsilməsindən formalaşacaq. 2012-ci ilin yanvarından kişilər üçün təqaüd yaşının 1 il də artırılaraq 66 yaş edilməsi də gəlir gətirəcək. Qadınlar üçün təqaüd yaşının 41 yaşdan 42-yaşa qaldırılması isə 2018-ci ilə planlaşdırılır.

Baş nazir olmaqla yanaşı, həm də maliyyə naziri səlahiyyətlərini icra edən Mario Monti bu planı açıqlayarkən, hər iki vəzifəsinə görə əmək haqqı almayacağını da bəyan edib. Sərt iqtisadi tədbirlər paketi İtaliyanı düşdüyü borc böhranından çıxarmaq və avronu bir valyuta kimi qoruyub saxlamaq məqsədi daşıyır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar