İtaliyanın baş naziri hücuma məruz qalıb
14 Dekabr 2009 Bazar Ertəsi 10:00
İtaliyanın baş naziri Silvio Berluskoni dekabrın 13-də axşam Milan şəhərində hücuma məruz qalıb.
APA-nın ANSA agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Milanın kilsə meydanında çıxış edərkən bir nəfər yaxınlaşaraq onun sifətinə zərbə endirib. Əvvəlcə zərbənin yumruqla endirildiyi bildirilsə də, bəzi mənbələr hücum edənin S. Berluskonini kilsə fiquru ilə vurduğunu, bizə mənbələr isə baş nazirə hansısa predmetin atıldığını iddia edir. Zərbənin təsirindən yerə yıxılan S. Berluskoni qısa müddət huşunu itirib. Onu yerdən qaldıraraq avtomobilə əyləşdiriblər. Bir qədər sonra S. Berluskoni avtomobildən çıxaraq ətrafdakılara “mənə bir şey olmayıb”, mesajını verib. Sonra o, xəstəxanaya aparılıb. Baş nazirin bir dişi sınıb, bir neçə dişi isə zədələnib. Onun dodağının və burnunun da zədələndiyi xəbər verilir.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Bu şəxsin 42 yaşlı Milan sakini Massimo Tartalia olduğu müəyyənləşdirilib. M. Tartalianın son 10 ildə psixi xəstəlikdən müalicə edildiyi bəlli olub. Onu müalicə edən həkim də polis bölməsinə gəlib. Hüquq-mühafizə orqanları olayın hər hansı siyasi motivinin olmadığını açıqlayıblar. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar