İtaliyanın baş naziri Berluskoni istefaya çağırılıb
08 Noyabr 2010 Bazar Ertəsi 06:45
“Hakimiyyət indi asılı vəziyyətdədir və İtaliyanın gələcəyi üçün heç nə edə bilmir”.
İtaliyada aşağı palatanın sədri Canfranko Fini baş nazir Silvio Berluskonini tutduğu baş nazir postundan getməyə çağırıb. Əsası ötən ay qoyulmuş “İtaliyanın gələcəyi və azadlığı üçün” siyasi təşkilatın 1-ci iclasında çıxış edən Fini Berluskoninin postundan getməyəcəyi təqdirdə “İtaliyanın gələcəyi və azadlığı üçün” siyasi təşkilatından olan nazirlərin kabineti tərk edəcəkləri barədə açıqlama verib. “Hakimiyyət indi asılı vəziyyətdədir və yaranmış problemləri aradan qaldırmağa çalışır, lakin istiqamətini itirib və İtaliyanın gələcəyi üçün heç nə edə bilmir”.

Qeyd edək ki, Berluskoni hökümətinin taleyi bu ilin iyul ayında baş nazirin Finini 2008-ci ildə birlikdə təsis etdikləri “Azadlıq milləti” partiyasından uzaqlaşdırdıqdan sonra tükdən asılı vəziyyətdə qalıb. O gündən sabiq müttəfiqlər müntəzəm olaraq bir-birlərini kəskin tənqid və ittiham ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar