İtaliyadakı “Qladiatorlar evi” uçub
06 Noyabr 2010 Şənbə 23:55
İtaliyadakı “Qladiatorlar evi” uçub. 2000 illik tarixi olan bina leysan yağışları nəticəsində çöküb.
İtaliyadakı 2000 illik tarixi olan “Qladiatorlar Evi” çöküb. Yayılan məlumatlara görə, tarixi abidə bölgədə turistlərin olmadığı zaman baş verib. Ona görə də uçqun zamanı heç kimin xəsarət almadığı bildirilir.
Latın dilində “Schola Armaturarum Juventus Pompeiani” adlanan binanın leysan yağışları nəticəsində çökdüyü ehtimal edilir.
Vaxtilə hərbi mövzuda naxışlarla bəzədilmiş bu binada adətən qladiatorların toplaşdığı təxmin edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: