İtaliyada qəribə etiraz aksiyası
08 Oktyabr 2009 Cümə Axşamı 18:35
Latviyalı Sergey Ponomaryov Milan-Vatikan marşrutu üzrə 1000 kilometr qaçmağı planlaşdırıb
“Latviya xalqa” xeyriyyə təşkilatının rəhbəri Sergey Ponomaryov İtaliya yollarında keçiriləcək tənha “etiraz qaçışı” təşkil etməyi qərara alıb. Ponomaryov Milan-Vatikan marşrutu üzrə 1000 kilometr qaçmağı planlaşdırıb.
Plana görə, səyahətinin son nöqtəsində Ponomaryov Roma Papası XVI Benediktə Latviya siyasətçilərini ittiham etmək çağırışı ilə müraciət edəcək.
Təşkilatın saytında bildirilir ki, Ponomaryov Papadan Latviya siyasətçilərini kilsədən ayırmağı xahiş edəcək. Bundan başqa o, İtaliya prezidentinə Latviya məmurlarına təzyiq etmək tələbi ilə müraciət edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: