İtaliyada pis hava şəraiti 20 nəfərin həyatına son qoyub
08 Noyabr 2011 Çərşənbə Axşamı 00:35
Təbii fəlakətin son qurbanı 81 yaşlı qadın olub.
İtaliyanın Elba adasında pis hava şəraiti üzündən yaşlı qadın ölüb. Beləliklə, Apenin sakinlərinə gərgin günlər yaşadaş hava üzündən ölənlərin sayı 20 nəfərə çatıb.
Yerli KİV-in məlumatına görə, 81 yaşlı Mariya-Luiza Barile, Kampo-nell'Elba şəhərinə yağan güclü yağış nəticəsində su basan evində canını tapşırıb.
Bazar günü isə Matera şəhərində iki nəfər itkin düşüb. Xilasedicilər onları axtarır.
Leysan və tufan nəticəsində yaranan daşqınların ilk qurbanı oktyabrın 20-də Roma və Neapolda həlak olan iki nəfər olub. Oktyabrın 24-də isə İtaliyanın Liquriya və Toksana bölgələrində leysan və tufan qeydə alınıb. Nəticədə bəzi yaşayış məntəqələrində sürüşmələr və daşqınlar baş verib, 10 nəfər ölüb. İtkin düşənlər var və onların axtarışları iki həftədir davam edir.
Təbii fəlakət növbəti zərbəni noyabrın 24-də Quniya şəhərinə vurub. Sel nəticəsində 6 nəfər, o cümlədən, 2 uşaq həlak olub. Şəhərin meri Marta Vinçenzi təbii fəlakəti sunami ilə müqaisə edib. Saknilər isə şəhər administrasiyasını məktəblərin vaxtında bağlanmamasında ittiham ediblər. Onların fikrincə, bu yola qadınlar və uşaqlar arasında tələfatın qarşısını almaq olardı.
Pis hava şəraiti futbol oyunlarının təqviminə də təsir edib. Belə ki, Neapolda İtaliya çempionatının 11-ci turu çərçivəsində “Yuventus” və “Napoli” klubları arasında oyun təxirə salınıb. Qenuyada isə “Cenoa”-“İnter” oyunu baş tutmayıb.
DOSTLARINLA PAYLAŞ: