İtaliyada mini yubkaya və dekolte geyimə məhdudiyyət qoyulacaq
23 Oktyabr 2010 Şənbə 05:00
Rəsmilərin bildirdiyinə görə məqsəd əxlaqsızlığın qarşısını almaqdır.
İtaliyada açıq-saçıq geyimə məhdudiyyət qoyulacaq. Bu qadağa Neapolun yaxınlığındakı Kastellammare di Stabiya şəhərində tətbiq olunacaq. Məlumata görə, 41 maddədən ibarət qadağalar siyahısı Kastellammare di Stabiyada bələdiyyə məclisində qəbul olunacaq. Mərkəz sağçı düşüncəyə sahib bələdiyyə sədri Luici Bobbio bununla şəhər əxlaqını yenidən təsis etməyi və birgə yaşamaq qaydalarını inkişaf etdirmək istədiklərini deyib.

Qeyri-adi yasaqlar siyahısında parklarda və bağlarda futbol oynamaq, ictimaiyyət arasında söyüş söymək və s. da var.

Oktyabrın 25-də bələdiyyə məclisində səsverməyə çıxarılacaq qaydalar qəbul edilərsə buna riayət etməyənləri 25 ilə 500 avro arasında cərimə gözləyir.

Qeyd edək ki, İtaliyadakı bəzi əyalət və şəhərlərdə belə qeyri-adi yasaqlar var. Bunlara misal kimi çimərlikdə qumla qala düzəltmək, avtomobildə öpüşmək, küçə pişiklərini bəsləmək və s. göstərmək olar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar